Gürcüstanlılar “Bakcell Arena”da
06.08.2014 - 08:49
Gürcüstanlılar “Bakcell Arena”da

Azərbaycan - Özbəkistan yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 20-də keçiriləcək qarşılaşmanın baş hakimi gürcüstanlı FIFA referisi George Vadaçkoria olacaq.

 

Ona həmyerliləri Levan Varamişvili və Levan Todria kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.