Güvənç Kurtar “Antalyaspor”u çalışdıra bilər
10.06.2014 - 11:25
Güvənç Kurtar “Antalyaspor”u çalışdıra bilər

“Rəvan”ın sabiq baş məşqçisi Güvənç Kurtar “Antalyaspor”u çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, bu haqda Antalya klubunun prezidenti Gültəkin Gəncər deyib.

 

O, başa çatan mövsümün yekunlarına əsasən “Rəvan”ı aşağı dəstəyə yuvarlayan məşqçi ilə danışıqlar apardıqlarını bildirib.

 

Qeyd edək ki, “Antalyaspor” baş məşqçi postu üçün Mətin Diyadin, Reha Ərginər və Engin Korukır kimi mütəxəssislərlə danışlar aparırdı.