Güvenc Kurtar: Bütün fikrimizi çempionata yönəltmişik
27.04.2014 - 19:36
Güvenc Kurtar: Bütün fikrimizi çempionata yönəltmişik

 

“Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar Topaz Premyer Liqasının XXXII turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis bunları deyib: “Bizim üçün çox vacib oyun idi. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün fikrimizi çempionata yönəltmişik. Qələbə qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Hər iki komandanın qol imkanları oldu. AZAL son zamanlar yaxşı çıxış edir. Qarşımızda 4 oyun var, hamısında da qələbə qazanmaq üçün oynayacağıq. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik. Hər iki komandanın futbolçularını göstərdikləri oyuna görə təbrik edirəm. Rəqib bizim oyunu yaxşı öyrənmişdi. Sapelanın kubok oyunundan sonra zədəsi var idi, Kamal Bayramovun da yaxşı oynadığını düşünürəm”.