“Rəvan” klubunun baş məşqçisi Güvenc Kurtar “Xəzər Lənkəran”a böyük hesablı məğlubiyyəti bu günə qədər oynadıqları ən pis oyunlardan biri hesab edib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis baş verənləri inanılmaz adlandırıb: “Rəqib komandanın futbolçularını təbrik edirəm. Turnir cədvəlinin son pilləsində olduğumuz üçün son 4 oyunda qalib gəlmək istəyirdik. Qarşıda hələ üç oyunumuz var, ikisini öz meydanımızda, birini isə səfərdə oynayacağıq. Bu oyunlarda qalib gəlməyə çalışacağıq. Ən azından son pillədən qurtulmaq istəyirik. Rəqibin kimliyindən asılı olmayaraq qarşıdakı oyunlarda bu cür məğlub ola bilmərik. Mövsümü qalib gələrək başa vurmaq istəyirik. Buraxılan qollara görə yalnız qapıçı deyil, bütün futbolçular məsuliyyət daşıyır”.