Hakimləri təhqir edən məşqçilər kənarlaşdırıldı
26.10.2016 - 13:41
Hakimləri təhqir edən məşqçilər kənarlaşdırıldı

AFFA-nın aşağı yaş qruplarından olan komandalar arasında təşkil etdiyi liqalarda növbəti xoşagəlməz hadisələr yaşanıb. Apasport.az saytının məlumatına görə, məşqçilərin hakimlərə qarşı yolverilməz hərəkətlərinə iki matçda təsadüf olunub. AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən yığıncağında da bu hadisələr müzakirə edilib.

 

U-14 Liqasında UGİM-lə (Siyəzən)  matçında UGİM “Olimpik”in (Qusar) məşqçisi Mehman Səfərov “fərqlənib”. Hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlədən çalışdırıcı 6 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

 

U-14 Liqasındakı “Təhsil” TİM (Gəncə) – “Kəpəz” (Gəncə)  oyununda birincilərin baş məşqçisi Turan Əliyev hakimlər briqadasının otağına daxil olaraq, ədalət təmsilçilərini təhqir etdiyinə və oyunun rəsmi şəxsinə hədə-qorxu gəldiyinə görə 8 matçlıq cəzalanıb. “Təhsil” TİM klubunun futbolçuları və baş məşqçisi tərəfindən oyunda məcburi  fasilələr yarandığına və stadionda qayda-qanun yaradılmaması ucbatından görüş başa çatdırılmayıb. Bu üzdən “Təhsil” TİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

0