Azərbaycanlı FİFA hakimləri Avropa Liqasının 2014/15 mövsümündə ilk matçlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Rəhim Həsənovun başçılıq etdiyi briqada Qazaxıstanda yerli “Kayrat”ın Albaniya təmsilçisi “Kukesi” ilə görüşündə ədaləti qoruyub.
Almatıdakı qarşılaşmanın taleyini 1 qol həll edib. Darabayevin 89-cu dəqiqədəki qolu meydan sahiblərinə qələbə qazandırıb.
Matçın sonluğunda Həsənovun işi daha çox olub. Təmsilçimiz göstərdiyi 4 sarı vərəqədən 3-nü məhz sonluqda cibindən çıxarıb. Xəbərdarlıqlardan 3-ü meydan sahibləri, 1-i qonaqlara edilib. 32-ci dəqiqədə Pliyev, 88-ci dəqiqədə Kislitsin, 90+5-də Bakayevi cəzalandıran referi matçın qoldan 1 dəqiqə öncə qonaqların qapıçısı Haliliyə də “sarı” verib.
Qeyd edək ki, Həsənova yan xətt hakimləri Yaşar Abbasov, Rza Məmmədov və 4-cü hakim Anar Salmanov yardım ediblər.