Argentina millisinin baş məşqçisi Alexandro Sabellanın istefaya getməsindən sonra boş qalan postu tuta biləcək şəxsin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu posta “Barselona”nın keçmiş baş məşqçisi Herardo Martino gətirilə bilər.
Argentina Futbol Federasiyasının yeni prezidenti Luis Sequra bu məlumatı təsdiq edib. Federasiyanın binası önündə mətbuat konfransı keçirən Sequra bildirib ki, bu, bir müddət öncə vəfat edən keçmiş prezident Qrondonun da arzusu olub: “Tata ilə ilk dəfə təmas quran da Qrondo olub. Yeganə planımız Martinodur. B planımız yoxdur. Ötən həftə görüşməliydik. Amma prezidentimizin ölümü buna imkan vermədi. Onunla tezliklə söhbət edəcəyəm”.