Herardo Martinonun Argentina millisinə gətiriləcəyi dəqiqləşdi
08.08.2014 - 20:23
Herardo Martinonun Argentina millisinə gətiriləcəyi dəqiqləşdi

“Barselona”nın keçmiş baş məşqçisi Herardo Martinonun Argentina yığmasına başçılıq edəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis Futbol Federasiyasının rəsmiləri ilə görüşüb.

 

Tərəflər bütün məsələlərdə razılığa gəliblər. Hələlik Martino ilə neçə illik müqavilə imzalanacağı və razılaşmanın maliyyə tərəfləri açıqlanmır. Onun təyinatı gələn həftə rəsmən açıqlanacaq.

 

Xatırladaq ki, Argentina millisinin keçmiş baş məşqçisi Alexandro Sabella dünya çempionatından az sonra postunu tərk edib.