Hiddink Hollandiya millisinə qayıdır
25.03.2014 - 20:56
Hiddink Hollandiya millisinə qayıdır

Qus Hiddink Hollandiya millisinə qayıdır. Apasport.az saytının məlumatına görə, o, Kral Futbol İttifaqı ilə iki illik müqavilə imzalayıb.

 

Hiddink Milli komandaya 2014-cü il dünya çempionatından sonra başçılıq edəcək. O, bu postda müqaviləsi başa çatan Lui van Qallı əvəzləyəcək.

 

Güman edildiyinə görə, 67 yaşlı mütəxəssis “narıncılarla” Avro-2016-nın sonuna qədər işləyəcək. Hiddinkə baş məşqçi postunda Danni Blind və tanınmış futbolçu Rud van Nistelroy kömək edəcək. “Sehirbaz” millini tərk edəndən sonra onun yerini Blind tutacaq.

 

Qeyd edək ki, Qus Hiddink 1994-1998-ci illərdə Hollandiya millisinin baş məşqçisi olub.