Joze Mourinyodan sonra mövsümün sonuna qədər “Çelsi”yə Quus Hiddinkin rəhbərlik edəcəyi bəllidi. Apasport.az saytının məlumatına görə, ispan mətbuatı artıq hollandiyalıdan sonra “zadəganlar”ın kimi çalışdıracağını da açıqlayıb.
İspan COPE radiosunun iddiasına görə, londonluların baş məşqçisi Manuel Pelleqrini olacaq. Belə ki, gələn mövsüm “Bavariya”nı çalışdırmayacağı artıq dəqiqləşmiş Xosep Qvardiolanın “Mançester Siti” ilə anlaşacağı gözlənilir.
Bu halda isə vəzifəsini itirəcək Pelleqrini “Çelsi”yə keçəcək. Radio hətta “mavilər”in rəhbərliyinin Pelleqrini ilə görüşdüyünü də qeyd edib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”