Hollandiya klubu Avrokuboklarda iştirakdan məhrum edildi
15.12.2015 - 21:43
Hollandiya klubu Avrokuboklarda iştirakdan məhrum edildi

Hollandiyanın “Tvente” klubu 3 il müddətinə Avrokuboklarda iştirakdan məhrum olunub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Niderland Krallığı Futbol Federasiyasının qərarına səbəb klubun lisenziyalaşdırma qaydalarında səhvə yol verməsi olub.

 

Belə ki, klub federasiyanın lisenziya komissiyasına investisiya şirkəti ilə bağladığı əlavə müqavilə haqqında məlumat verməyib.