Hollandiyada videotəkrarlar tətbiq oluna bilər
05.08.2014 - 05:25
Hollandiya futbol oyunları zamanı videotəkrarın tətbiq edildiyi ilk ölkə ola bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Hollandiya Kral Futbol İttifaqının saytında bildirilir.
“Arbitraj 2.0” pilot layihəsində xüsusi otaqdakı hakimin xidmətindən istifadəni nəzərdə tutur. Həmin referi mübahisəli məqamların videotəkrarına baxmaq yolu ilə baş hakimə kömək edəcək. Əsas məqamlardan biri odur ki, oyunun tempi düşməyəcək və matç zamanı fasilələr olmayacaq. Videotəkrara baxan hakim müstəqil rejimdə çalışacaq.
0
0