Honda dünya çempionatlarında Yaponiyanın ən yaxşı bombardiri oldu
15.06.2014 - 10:34
Honda dünya çempionatlarında Yaponiyanın ən yaxşı bombardiri oldu

 

“Milan”ın oyunçusu Keysuke Honda Yaponiya tarixində rekord vurub. Apasport.az saytının məlumatına görə, futbolçu ölkənin dünya çempionatlarındakı ən yaxşı bombardirinə çevrilib.

 

Honda dünya çempionatının final mərhələsində Kot-dİvuar ilə matçın 16-cı dəqiqəsində fərqlənib. Bu, yarımmüdafiəçinin final mərhələlərində vurduğu 3-cü qol olub. Honda buna qədər Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı zamanı Kamerun və Danimarka millilərinin qapısından da qol keçirmişdi.

 

Qeyd edək ki, Yaponiya ilk dəfə dünya çempionatının final mərhələsinə 1998-ci ildə çıxıb və o zamandan heç bir dünya çempionatını buraxmayıb.