Honda Yunanıstan-Yaponiya matçının ən yaxşısıdır
20.06.2014 - 04:24
Honda Yunanıstan-Yaponiya matçının ən yaxşısıdır

 

Yunanıstan-Yaponiya matçının ən yaxşı oyunçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, FİFA ən yaxşı oyunçunun yaponiyalı Keysuke Honda olduğunu bildirib.

 

Honda bütün oyunu meydanda olub, 75 ötürmə edib və rəqib qapısına 4 zərbə endirə bilib. Amma bu zərbələrdən heç biri toru silkələyə bilməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.