Hovard Belçika-ABŞ matçının ən yaxşısıdır
02.07.2014 - 02:56
ABŞ millisinin qapıçısı Tim Hovard Belçika-ABŞ matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın saytında xəbər yerləşdirilib.
Amerikalıların qapıçısı 120 dəqiqə meydanda olub, onun qoruduğu qapıya vurulan 27 dəqiq zərbənin 25-i dəf edib. Məhz Hovardın ustalığı Belçikanın daha böyük hesabla qələbə qazanmasına mane olub.
Xatırladaq ki, ABŞ bu oyunda 2:1 hesabı ilə məğlub olub.
0
0