Hummels Fransa-Almaniya matçının ən yaxşısıdır
04.07.2014 - 22:13
Dünya çempionatının 1/4 final matçında Fransa və Almaniya milliləri arasında keçirilən matçın ən yaxşı oyunçusu Mais Hummels sayılıb. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında xəbər yerləşdirilib.
Əsas heyətdə meydana çıxan Hummels oyunun 13-cü dəqiqəsində matçdakı yeganə qolu vurub. Almanlar bu qol sayəsində fransızlara qalib gələrək, 1/2 finala çıxıblar.
0
0