[b]Hüseyn Cəbrayıloğlu: Həmin sözləri bir də desə, onu yenə söyərəm[/b]
15.04.2014 - 11:58
[b]Hüseyn Cəbrayıloğlu: Həmin sözləri bir də desə, onu yenə söyərəm[/b]

“Düzdü, hakimi söymüşəm”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

AFFA-nın İntizam Komitəsi bu gün keçirdiyi iclasında cənub təmsilçisinin sözçüsü haqda sərt qərar verib. Belə ki, Cəbrayıloğlu Topaz Premyer Liqasının XXX turunun “Bakı” ilə səfər matçında baş hakim Ramil Diniyevi təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb.

 

İntizam Komitəsinin qərarını haqlı sayan klub rəsmisi Diniyevi qeyri-peşəkarlıqda ittiham edib: “Oyundan sonra Diniyevin azarkeşləri söyə-söyə öz otağına daxil olduğunu gördüm. Ondan soruşdum ki, bu nə hakimlikdir? O isə mənə “əcəb etmişəm, əlimin içindən gəlir” dedi. Belə cavabından sonra onu söydüm. Əgər Ramil Diniyev həmin sözləri bir də mənə desə, onu yenə də söyərəm. İntizam Komitəsinin qərarı ilə razıyam. Amma “əcəb etmişəm, əlimin içindən gəlir” sözlərini dediyi üçün Diniyevə cəza veriləcəkmi? Bax komitə bunu da düşünməlidir. Peşəkar hakim bu sözlərdən istifadə etməz”.