İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç məşhurlaşdığı A seriyasına qayıtmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, “Tuttosport”un jurnalisti Zlatanın Stefan Hanssonla bu barədə danışığının fraqmentini əldə edib.
Hnasson vaxtilə “Malmö”nün baş məşqçisi olub. Zlatin isə ilk dəfə həmin klubda çıxış edib. Söhbət zamanı İbrahimoviç Turinə qayıtmaq istədiyini etiraf edir: “Əgər indi qayıda bilməsəm də, heç olmasa gələn mövsüm qayıtmaq niyyətindəyəm”.
İsveçli futbolçu 2004-2006-cı illərdə “Yuventus”da oynayıb. O, klubun korrupsiya qalmaqalı səbəbindən B seriyasına düşməsindən sonra komandanı tərk edib.