İbrahimoviç: Ronaldodan yaxşı olmaq mümkün deyil
06.06.2014 - 06:55
İbrahimoviç: Ronaldodan yaxşı olmaq mümkün deyil

 

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Braziliya yığmasının keçmiş hücumçusu Ronaldonu karyerasında ən güclü rəqib hesab etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, Zlatan hazırkı futbolçuların heç birinin ikiqat dünya çempionu, dünya çempionatlarının ən yaxşı bombardiri olan Ronaldonun nailiyyətlərini keçə bilməyəcəklərini vurğulayıb.

 

İbrahimoviç dünyanın bir çox yaxşı futbolçularına qarşı oynadığını qeyd edib: “Həyatımda ən yaxşı rəqib? Kiminsə bir nəfərin adını çəkmək çətindir. Amma mən bunun Ronaldo olduğunu deyə bilərəm. Niyə? Çünki o mənim kumirim olub. Fikrimcə, ondan yaxşı futbolçu olmaq qeyri-mümkündür”.