PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviç növbəti dəfə Messi və Ronaldonun ünvanına söz atıb. Apasport.az saytının məlumatına görə, İbrahimoviç onlardan daha üstün olduğunu bəyan edib.
Hücumçu bildirib ki, onlara avrokuboklarda qələbə çalmaq üçün vaxt lazımdır: “PSJ-də Zlatan olduğu bir zamanda Messi və ya Ronaldunu almaq nəyə lazımdır? Komandamız inkişaf edir. Layihənin başlamasından cəmi 2 il keçdiyini yaddan çıxartmayın. “Çelsi” komandanın yenidən qurulmasına 10 il vaxt sərf edib. London klubu ancaq bir neçə cəhddən sonra Çempionlar Liqasında qalib gəlib. Biz bu mövsüm xeyli inkişaf etmişik”.