Fransa çempionatının lideri “Pari Sen-Jermen” klubu mövsümü aparıcı oyunçusu və kapitanı Zlatan İbrahimoviçsiz başa vuracaq. Apasport.az saytının məlumatına görə, isveçli hücumçunun Çempionlar Liqasında “Çelsi”yə qarşı oyunda aldığı zədə kifayət qədər ağır olub.
Ulduz futbolçu hələ aprelin 2-də zədələnib. Amma komandanın həkimlər İbrahimoviçin sağalması üçün nə qədər zaman tələb olunacağını indi də deyə bilmirlər.
Xatırladaq ki, “Çelsi” ilə oyundan bir həftə sonra İbrahimoviçin qardaşlarından biri vəfat edib. Futbolçu dəfndə iştirak etmək üçün komandanın düşərgəsini tərk edərək İsveçə gedib. O, PSJ-nin “Lion”a 2:1 hesabı ilə qalib gələrək ölkə kubokunu qazandığı matçda da olmayıb. Çox mümkün ki, İbrahimoviç PSJ-nin çempionluq titulu qazandığı matçda da iştirak etməyəcək.