İbrahimoviç PSJ-yə Fransa Superkubokunu qazandırdı
03.08.2014 - 16:02
Fransa superkuboku uğrunda matç keçirilib. Apasport.az saytının məlumatına görə, finalda Fransa çempionu olan “Pari Sen-Jermen” ölkə kubokunun sahibi “Qenqam”ı 2:0 hesabı ilə məğlub edib.
Matç Pekində baş tutub. Hər iki qolu PSJ-nin isveçli bombardiri Zlatan İbrahimoviç vurub. O, 9 və 20-ci dəqiqələrdə fərqlənib. “Qenqam” 32-ci dəqiqədə qollardan birinin əvəzini çıxmaq imkanını buraxıb. Mustafa Yatabare PSJ-nin qapısına təyin edilən penaltini yerinə yetirə bilməyib.
PSJ Fransa Superkubokunu tarixində dördüncü dəfə və ikinci dəfə dalbadal əldə edir.
0
0