İbrahimoviçdən gözlənilməz qərar
09.04.2016 - 11:37
İbrahimoviçdən gözlənilməz qərar

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç qərarını dəyişib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir müddətdi klubunu dəyişəcəyini deyən isveçli forvard indi başqa fikirdədi.

 

Paris təmsilçisi Zlatanı komandada qalmağa razı sala bilib. Tərəflər arasında ilkin anlaşmaya görə, İbrahimoviç daha bir mövsüm PSJ-nin formasını geyinəcək. O, yalnız 2017-ci ilin yayında Qətər klublarından birinə keçməyi planlaşdırır.

 

Qeyd edək ki, İbrahimoviç başda “Çelsi” olmaqla, bir çox klubun maraq dairəsindədi.

0