PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç gələcəkdə ABŞ-ın Əsas Futbol Liqasında (MLS) oynamağa pis baxmır. Apasport.az saytının məlumatına görə, bundan əvvəl karyerasını PSJ-də tamamlamaq istədiyini deyən futbolçu artıq fikrindən dönüb.
İbrahimoviç hələlik heç nəyin aydın olmadığını vurğulayıb: “Mənim hələ 2 illik müqaviləm var. Gəlin əvvəlcə özümü fiziki cəhətdən necə hiss edəcəyimə baxaq. Mən həqiqətən bu barədə düşünürəm. Ona görə də, hesab edirəm ki, Amerikaya getmək çox maraqlı olardı”.
Bu zaman 32 yaşlı isveçli “Nyu-York Red Bullz” klubunda uğurla çıxış edən dostu Tyerri Anrini misal çəkib: “Mənim dostum Tyerri Anri orada oynayır və bütün işləri qaydasındadır. O deyir ki, MLS-ə hamı yaxşı münasibət bəsləyir və buna görə də, orada oynamaq maraqlı olardı”.