İspaniya La Liqasının XXIII turu çərçivəsində “Santyaqo Bernabeu” stadionunda “Deportivo” ilə oyun “Real”ın qapıçısı İker Kasilyas üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun 2:0 hesabı ilə La-Korunya təmsilçisinə qalib gəldikləri matçda 33 yaşlı qolkiper ölkə çempionatında 327-ci qələbəsinə sevinib.
Bu göstərici ilə Kasilyas madridlilərin sabiq hücumçusu Raul Qonzalesə çatıb.
Qeyd edək ki, İker Kasilyas “Real”ın heyətində La Liqada 499 oyunda meydana çıxıb. Raul isə 550 dəfə forma şansı əldə edib. Təcrübəli qapıçı komandasında tək rekordçu ola bilər. O, növbəti turda səfərdə “Elçe” ilə matçda buna imza atmağa çox yaxındı.