İki oyun canlı yayımda
05.08.2014 - 11:18
İki oyun canlı yayımda

Topaz Premyer Liqasının I turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman Azərbaycan” kanalı ilə ilk oyun həftəsinin iki qarşılaşmasını televiziya tamaşaçılarına təqdim edəcək.


Avqustun 9-da AZAL – “Xəzər Lənkəran”, ertəsi gün isə “İnter” – “Qəbələ” matçları kanal vasitəsilə nümayiş olunacaq. Hər iki görüş saat 20:00-da başlayacaq.