“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq bir hərəkəti ilə İngiltərə mətbuatının gündəmini zəbt edib. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, 21 yaşlı forvardın sürdüyü maşın görənləri heyrətə gətirib.
Mövsümlərarası fasilədə 62,5 milyon avro müqabilində “Liverpul”dan transfer edilən Sterlinqin dünənki məşqdən sonra bazadan ayrılarkən 16 min avroluq maşın sürməsi diqqətçəkən məqam olub. İllik məvacibi 13 milyon avro olan İngiltərə millisinin üzvünün yeni avtomobili saatda maksimum 140 km. sürət yığa bilir.
Bunu qəribə addım hesab edən ingilislər Sterlinqin qazancı ilə ala biləcəyi avtomobillərin hesablamasını aparıblar. Məlum olub ki, gənc oyunçu hazırkı qazancı ilə bu maşından ildə 780, ayda 65, həftədə 15, gündə isə 2 ədəd ala bilər.
Qeyd edək ki, Sterlinqin bundan əvvəlki avtomobili 170 min avroluq “Range Rover” olub.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır