İlk oyunda qələbə
16.06.2014 - 09:40
İlk oyunda qələbə

Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ” hazırlıq çərçivəsində ilk sınaq oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Sloveniyanın III liqa təmsilçisi “Stoynitsa” ilə üz-üzə gəlib.

 

Meydançaya Anar Nəzirov, Volodimir Levin, Ürfan Abbasov, Ruslan Əmircanov, Luis Hilario Dodo, Müşfiq Teymurov, Elvin Camalov, Murad Musayev, Ruslan Tağızadə, Sadiq Quliyev və Nizami Hacıyevdən ibarət start heyət ilə çıxan “Qəbələ” rəqibini məğlub etməyi bacarıb.

 

Belə ki, matçın taleyini bir qol həll edib. Hacıyev qarşılaşmanın 76-cı dəqiqəsində topu rəqib qapısına göndərib. Beləliklə, “Qəbələ” Sloveniya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda 1:0 hesablı qələbə qazanıb.