"İlk oyunumdur"
23.03.2014 - 19:25
"İlk oyunumdur"

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov “Bakı”ya qarşı oyunda məğlubiyyətlərini şərh edib. Apasport.az saytının məlumatına görə, Əhmədov ilk hissənin 20-ci dəqiqəsinə kimi qol imkanları olduğunu vurğulayıb: “Amma bundan sonra komanda zəif təsir bağışladı. AZAL-ın sükanı arxasında ilk oyunumdur. Qarşımızda duran məqsəd yerli gənc futbolçuları komandaya cəlb etmək və komandanın oyununu yaxşılaşdırmaqdır”.