Topaz Premyer Liqasının XIX turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin ilk turunda 3 FİFA hakimindən ikisi meydana çıxacaq.
Onlardan biri – bu adı yeni alan Orxan Məmmədov mövsümün ikinci yarısının ilk fitini verəcək. Belə ki, ədalət təmsilçisi “İnter” – “Sumqayıt” görüşünün baş hakimi olacaq.
XIX tur
30 yanvar (cümə)
16:00. “İnter” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ömər Paşayev
İlk 2 dövrədəki oyunlar: 5:1, 0:0
“İnter Arena”
31 yanvar (şənbə)
15:00. AZAL – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, Əliyar Ağayev
İlk 2 dövrədəki oyunlar: 0:4
“AZAL Arena”
01 fevral (bazar)
14:00. “Bakı” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rza Məmmədov, Ramil Əhmədov
İlk 2 dövrədəki oyunlar: 0:2, 1:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
17:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
Zaqatala şəhər stadionu