İlk turun mərkəzi oyununun başlama saatı açıqlandı
04.08.2014 - 15:57
İlk turun mərkəzi oyununun başlama saatı açıqlandı

 

Bu həftə Premyer Liqasında və əvəzedici heyətlər arasında Azərbaycan çempionatının startı veriləcək. Apasport.az saytının məlumatına görə, artıq ilk turun mərkəzi oyununun başlama saatı açıqlanıb.

Avqustun 10-da “İnter” və “Qəbələ” arasında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Ötən mövsümün gümüş və bürünc mükafatçıları “Şəfa” stadionunda üz-üzə gələcək.

İyulun 9-da isə əvəzedici komandalar üz-üzə gələcək. Eyni stadionda baş tutacaq qarşılaşma 17:00-da başlayacaq.