İnzaqi “Milan”a baş məşqçi gətirilə bilər
01.05.2014 - 00:12
İnzaqi “Milan”a baş məşqçi gətirilə bilər

“Milan” futbol klubunun gənclər komandasının baş məşqçisi Filippo İnzaqi mövsümün sonunda əsas komandanın rəhbərliyinə gətirilə bilər. Apasport.az saytının məlumatına görə, “rossionerilərin” rəhbərliyi ilk növbədə İnzaqinin namizədliyi üzərində durub.

 

“La Gazzetto dello Sport”yazır ki, bununla da Klerens Zeedorfun komandanı tərk etməsi ehtimalı artır. Klub rəhbərliyinin artıq onun getməsi ilə bağlı qərar qəbul etdiyi vurğulanır.