İngilislər azarkeşlərin biabırçı davranışı ilə bağlı bəyanat yaydı
18.02.2015 - 20:33
İngiltərə Futbol Assosiasiyası Paris metrosunda baş verən hadisə ilə bağlı bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, futbol qurumu azarkeşlərin biabırçı davranışı tamamilə ittiham edib.
Belə ki, assosiasiya bu hadisəni cinayət adlandırıb və günahkarlara ən sərt cəzanın verilməsini istəyib.
Qeyd edək ki, ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ – “Çelsi” oyunundan əvvəl London klubunun bir qurup azarkeşi Paris metrosunun vaqonuna qaradərili kişini buraxmayıb. Fransa polisi isə bununla bağlı araştırmaya başlayıb.
0
0