İngiltərə 56 il sonra qrupdan çıxa bilmədi
21.06.2014 - 06:01
İngiltərə 56 il sonra qrupdan çıxa bilmədi

 

Qrup mərhələsinin ilk iki oyununda məğlub olan İngiltərə yığması son 56 ildə ilk dəfə qrupdan çıxa bilməyib. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə belə hal 1958-ci ildə qeydə alınıb.

 

O zaman qrupda İngiltərə, Braziliya, SSRİ və Avstriya mübarizə aparıb. Braziliya və SSRİ növbəti mərhələyə keçib, İngiltərə və Avstriya isə qrupda qalıb.