İngiltərə AÇ-2028-ə ev sahibliyi üçün namizədliyini irəli sürəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmisi Qreq Dayk məlumat verib.
Onun sözlərinə görə, DÇ-2026-ya deyil, AÇ-2028-ə ev sahibliyi etməyi planlaşdırırlar: “2026-cı ildəki dünya çempionatının Avropada keçirilmək şansı sıfıra bərabərdi. Qərar qəbul olunduğu vaxt Yozef Blatter yenə FİFA-nın prezidenti ola bilər və bu səbəbdən biz mundiala namizədliyimizi irəli sürməyi düşünmürük. Hazırkı rəhbərliyin dövründə FİFA-nın keçirdiyi heç bir turnirə ev sahibliyi etmək istəmirik. Bu bizim siyasətimizdi. Bizi AÇ-2028 maraqlandırır. Çünki UEFA ilə yaxşı münasibətdəyik”.
DÇ-2026-nın hansı ölkədə keçiriləcəyi 2017-ci ilin mayında bəlli olacaq. Mundiala ev sahibliyi etməyə əsas namizədlər ABŞ, Kanada və Meksikadı.
Qeyd edək ki, AÇ-2020-nin yarımfinal və final oyunları İngiltərənin “Uembli” stadionunda keçiriləcək.