İngiltərə yığmasını Braziliyada sualtı qayıq qoruyacaq
10.06.2014 - 19:26
Braziliya Silahlı Qüvvələri dünya çempionatında iştirak edəcək İngiltərə yığmasının məşq bazasını gücləndirilmiş formada qorumağa başlayıb. Apasport.az saytının məlumatına görə, futbolçular ilk məşqə yollanan zaman əsgərlər onları mühasirəyə alıblar və ingilislər məşqə mühafizə kordonunun əhatəsində getməli olublar.
Avtobusu mehmanxanadan stadiona qədər hərbi maşınlar müşayiət edib. Bundan əlavə, ingilislərin təlim bazası üzərində vertolyot uçub, yaxınlıqdakı limanda isə sualtı qayıq lövbər salıb.
0
0