İngiltərə Futbol Federasiyası yerli futbolçuları dəstəkləmə planını həyata keçirməyə başlayıb. Apasport.az saytının məlumatına görə, bu məqsədlə Premyer Liqada legioner sayına məhdudiyyət tətbiq edilməsinə qərar verilib.
İFF Avropa Birliyi ölkələrindən olmayan futbolçuların sayının azaldılacağını bildirib. Federasiyanın prezidenti Qreq Dyke iş icazəsi sisteminə də yenidən baxılacağını vurğulayıb.
Qərar İngiltərə futbolunun vəziyyətini göstərən raportun hazırlanmasından sonra verilib. Futbol sahəsində çalışan 650 nəfərin rəyi nəzərə alınaraq ortaya çıxarılan 82 səhifəlik raportun hazırlanmasında Dyke ilə yanaşı İngiltərə millisinin baş məşqçisi Roy Hocson, “Mançester Yunayted”in futbolçusu Rio Ferdinand da iştirak edib.