İngiltərənin ən yaxşı bombardiri “Liverpul”da qalır
01.05.2014 - 20:59
İngiltərənin ən yaxşı bombardiri “Liverpul”da qalır

 

“Liverpul”un hücumçusu Luis Suares mövsümün sonunda “Real Madrid”ə keçəcəyi ilə bağlı şayiələri təkzib edib. Apasport.az saytının məlumatına görə, Suares “Liverpul”da çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.

 

Hücumçu azarkeşləri sakitləşdirməyə çalışıb: “Narahat olmayın, mən heç bir yerə getməyə hazırlaşmıram. Mən və ailəm “Liverpul”da xoşbəxtik. Ümid edirəm ki, komandamız bu mövsüm İngiltərə çempionatında qalib gələcək”.

 

Suaresin müqaviləsində yazılıb ki, “Liverpul” gələn mövsüm Çempionlar Liqasında iştirak edə bilməsə, o, komandanı tərk edə bilər. Amma komanda hazırda İngiltərə çempionatının lideridir və Avropanın əsas turnirində yerini təmin edib.

 

Uruqvaylı hücumçu 31 oyundan sonra 30 qolla İngiltərə çempionatının ən yaxşı bombardiridir.