AFFA İntizam Komitəsi aprelin 8-də keçirdiyi iclasda verdiyi nöqsanı bu dəfə düzəldib. Apasport.az saytının məlumatına görə, qurum I dəstənin XXIV turunun “Şahdağ” – “Bakılı” matçında qonaq komandanı cərimələməyi unudub.
Daha doğrusu, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alan “Bakılı”ya qaydalara görə kəsilməli olan cərimə sanksiyası göstərilməyib. Bu səbəbdən də intizam qaydalarına uyğun olaraq klub 500 manat cərimə olunub.
Qeyd edək ki, avtobusu xarab olduğu üçün Qusara gedə bilməyən, üstəlik bu haqda lazımi orqanları məlumatlandırmadığına görə “Bakılı”ya 0:3 hesablı yenilgi verilib.