İnyesta: “Real”la müharibə olacaq
18.03.2014 - 21:09
İnyesta: “Real”la müharibə olacaq

İnyesta: “Real”la müharibə olacaq

 

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta “Real”la “El-Klassiko” ərəfəsində komandasına ancaq qələbə lazım olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, İnyesta “müharibəyə” hazırlaşdıqlarını bəyan edib.

 

Yarımmüdafiəçi vurğulayıb ki, “Osasuna” üzərində 7:0 hesablı qələbə onlar üçün çox vacib olub: “Biz barəmizdə yaranan mənfi rəyi dağıtmalıydıq. Çünki bizi gözləyən belə çətin oyuna müsbət nəticədən sonra yaxınlaşmaq daha yaxşıdır. Bu, qələbə çala biləcəyimizə inamımızı möhkəmləndirir. Həqiqət ondadır ki, çempionluq şanslarımızı yüksəltmək üçün “Santyaqo-Bernabeu”da mütləq qələbə qazanmalıyıq. “Real” birinci yerdədir və onların oyunçuları dünyanın ən yaxşılarındandır. Amma belə oyunlarda formada olmaq heç də həmişə qələbə demək deyil. “Real”a qalib gəlmək həmişə çətindir. Bu, müharibə olacaq, amma futbol qaydalarına uyğun müharibə. Biz bu həddi keçməməliyik”.