"Barselona"da ciddi itki: Çempionlar Liqası finalında oynamaya bilər
31.05.2015 - 13:01
“Barselona”nın yarımmüdafiəçisi Andreas İnyesta “Atletik”lə oynanan İspaniya Kral kuboku matçında zədələnib. Apasport.az saytının məlumatına görə, oyunun 65-ci dəqiqəsində ayağının arxa əzələsində problem yaranan “xavbek” qarşılaşmanı davam etdirə bilməyib, yerini Xaviyə vermişdi.
Dəqiq diaqnoz isə tibbi baxışdan sonra bəlli olacaq. Ancaq ilkin ehtimallara görə, futbolçunun “Yuventus”la Çempionlar Liqası final qarşılaşmasında oynaması sual altındadı.
Xatırladaq ki, final oyunu iyunun 6-da keçiriləcək.
0
0