İnyestanın zədəsinə aydınlıq gəldi
30.09.2015 - 09:50
İnyestanın zədəsinə aydınlıq gəldi

Çempionlar Liqasında “Bayer”lə qarşılaşmada zədələnən “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, dünənki qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənən təcrübəli futbolçu tibbi müayinədən keçib.

 

Belindən zədə alan İnyestanın ən azı 1 ay komandasına kömək edə bilməyəcəyi məlum olub. Həkimlər 31 yaşlı futbolçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan İnyesta Kataloniya klubunda 557 oyunda 53 qola imza atıb.