İsgəndər Cavadov: Mən heç təyyarənin salonuna qalxmamışdım
04.06.2014 - 13:58
“Mən heç təyyarənin salonuna qalxmamışdım. Deməli, mətbuatda yazılanlar həqiqəti əks etdirmir”. Apasport.az saytının məlumatına görə, bunu AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov deyib.
Veteran futbolçu millimizlə ABŞ-a yollanan təyyarənin VİP lojasında AFFA-nın baş katibi Elxan Məmmədovun öz dost-tanışları ilə uçmadığını bildirib: “Mən guya biznes-klassda uçan baş katib Elxan Məmmədovun dost-tanışlarını orda gördüyümü demişəm. Bu, yalandır” - deyə Cavadov bildirib (sportbox.az).
0
0