İspaniya çempionatında 34-cü turun təxirə salınmış bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Real Madrid” səfərdə “Valyadolid”in qonağı olub.
Bu turda qələbə “Real”a “Barselona”nı keçməyə və lider “Atletiko”ya yaxınlaşmağa imkan verə bilərdi. Amma 35-ci dəqiqədən etibarən irəlidə olan madridlilər 85-ci dəqiqədə qapılarından top buraxıblar. Oyun bu hesabla da başa çatıb. Hazırda “Atletiko”nun 88, “Barselona”nın 85, “Real”ın isə 84 xalı var. İspaniya çempionatının bitməsinə 2 tur qalır.
İspaniya çempionatı
“Valyadolid” – “Real Madrid” - 1:1
Qollar: Osorio, 85 – Ramos, 35