İspaniya çempionatının futbolçusu narkoman çıxdı
28.03.2014 - 07:52
İspaniya çempionatının futbolçusu narkoman çıxdı

 

 

İspaniya futbolunda narkomaniya qalmaqalı yaşanır. Apasport.az saytının məlumatına görə, “Qranada”nın oyunçusu Dani Benitesin kokain qəbul etdiyi məlum olub.

 

Futbolçu fevralın 16-da “Betis”ə qarşı oyunda 61-ci dəqiqədə oyuna çıxıb və 18 dəqiqə sonra meydandan qovulub. Görüşdən sonra dopinq-test üçün futbolçudan qan analizi götürülüb və onun qanında kokain aşkar edilib. 26 yaşlı oyunçu narkotik qəbul etdiyinə görə 2 illik diskvalifikasiya olunub.

 

Benites 2009-cu ildə “Malyorka”dan “Udineze”yə keçib və elə o zamandan icarə əsasında “Qranada”da oynayır. Onun müqaviləsi 2015-ci ilin yayına qədər qüvvədədir.

 

Benites üçün bu, ilk qalmaqal deyil. O, 2012-ci ildə “Real Madrid”lə oyunda hakimə su butulkası atdığı üçün 3 aylıq diskvalifikasiya edilib.