İspaniya Futbol Federasiyası del Boskeni vəzifəsində saxlamaq istəyir
19.06.2014 - 21:16
İspaniya Futbol Federasiyası del Boskeni vəzifəsində saxlamaq istəyir

 

İspaniya Futbol Federasiyasının rəhbərliyi yığma komandanın baş məşqçisi Visente del Boskeni postundan uzaqlaşdırmağa hazırlaşmır. Apasport.az saytının məlumatına görə, İFF-in prezidenti Anxel Mariya Vilya ispanların dünya çempionatında biabırçı çıxışa baxmayaraq, del Boskeyə etibar etməkdə davam etdiyini bildirib.

 

Del Boske bundan əvvəl gələcək karyerası ilə bağlı dünya çempionatından sonra qərar verəcəyini qeyd edirdi. O, yaxın günlərdə Vilya ilə görüşəcək və ancaq bundan sonra qərarını açıqlayacaq.

 

Xatırladaq ki, İspaniya millisi qrup mərhələsinin ilk oyununda Hollandiyaya 5:1, ikinci oyununda isə Çiliyə 2:0 hesabı ilə məğlub olub.