İspaniya futbolunun ulduzları vergidən yayınıblar
06.05.2014 - 20:37
İspaniya futbolunun ulduzları vergidən yayınıblar

 

İspaniya futbolunun bir neçə ulduzu vergidən yayınmaqda şübhəli bilinir. Apasport.az saytının məlumatına görə, “Real Madrid”in və İspaniya yığmasının qapıçısı İker Kasilyas işin məhkəməyə kimi çatmasına imkan verməyib və 2 milyon avro vergi ödəyib.

 

Amma digər futbolçular hələlik bu addımı atmağa tələsmirlər. Vergidən yayınanlar arasında İspaniya millisinin oyunçuları Xabi Alonso və David Vilyanın da adları var. Hələlik bu futbolçulardan heç birinə rəsmi ittiham irəli sürülməyib. Amma ittihamın ən yaxın vaxtlarda irəli sürüləcəyi gözlənilir.