İspaniya klubu La Liqadan uzaqlaşdırılır
03.06.2015 - 14:39
İspaniya klubu La Liqadan uzaqlaşdırılır

İspaniya çempionatında çıxış edən “Elçe” klubu aşağı liqaya göndəriləcək. Apasport.az saytı xəbər verir ki, buna səbəb Valensiya təmsilçisinin borclarının olmasıdı.

 

Rəsmi qərar sabah keçiriləcək məhkəmə prosesindən sonra qəbul olunacaq. “Elçe”nin növbəti mövsümdə Sequndada çıxış edəcəyi real görünür.

 

Qeyd edək ki, “Elçe” İspaniya çempionatının cari mövsümünü XIII pillədə bitirib.