İspaniya millisi aparıcı futbolçularından olan Xordi Albanı itirib. Apasport.az saytı xəbər verir ki, sol cinah müdafiəçisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə keçirilən qarşılaşmada zədələnib.
İspaniyanın (1:0) qələbə qazandığı görüşün 78-ci dəqiqəsində zədələnən Alba oyunu davam etdirə bilməyib və Xuan Bernatla əvəzlənib. Futbolçu qarşılaşmadan dərhal sonra millinin düşərgəsini tərk edərək Barselonaya qayıdıb. Albanın zədəsinin ciddi olub-olmadığına klubundakı müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, İspaniya millisi martın 31-də Hollandiya ilə yoldaşlıq görüşü keçirəcək.