İspaniya yığmasının üzvü qardaşını itirdi
17.12.2015 - 18:02
İspaniya yığmasının üzvü qardaşını itirdi

“Selta”nın futbolçusu, İspaniya yığmasının üzvü Nolitonun qardaşı Marko Antonio Aqudo dünyasını dəyişib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna Aqudonun uzun müddət xəstəlikdən əziyyət çəkməsi səbəb olub.

 

Bununla əlaqədar İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Selta”nın bu gün “Almeriya” ilə keçirəcəyi görüş bir dəqiqəlik sükutla başlayacaq.

 

Bundan əlavə, “Selta”nın üzvləri meydana qara sarğı ilə çıxacaqlar.